Fransada "qara cümə axşamı" başlayıb

Fransada "qara cümə axşamı" başlayıb Fransada pensiya islahatına qarşı ümummilli etiraz aksiyaları, tətil və yürüş başlayıb.
Digər ölkələr
5 Dekabr , 2019 12:26
Fransada qara cümə axşamı başlayıb

Fransada pensiya islahatına qarşı ümummilli etiraz aksiyaları, tətil və yürüş başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə 245 etiraz nümayişi keçiriləcək.

Bildirilib ki, etiraz aksiyaları ilə əlaqədar Fransada təhlükəsizlik tədbirləri gücləndirilib.

Paris perfektinin polis rəisi Didye Lalman deyib ki, etiraz yürüşü zamanı kütləvi dağıntılar arta bilər.

Nəqliyyat işçilərinin aksiya keçirdiyi Parisin rayonlarında dəmir yolunun hərəkəti tamamilə iflic olub. Müəllimlərin tətili səbəbindən ölkə paytaxtında artıq iki məktəb bağlanıb. Energetika sahəsinin işçiləri, xəstəxanalar, aviadispeçerlər də tətilə qoşulublar.

Fransa Prezidenti Emmanuel Makron seçkiqabağı dövrdə təqaüd islahatı barədə vəd vermişdi. Həmin vədi hökumət yerinə yetirməyə hazırlaşır. İslahata əsasən, pensiya yaşı çatan və əmək fəaliyyəti ilə məşğul olanlar daha iki il işləyəcəklər. Başqa sözlə, ölkədə pensiya yaşı artırılacaq.

Aksiya hökumətin bu islahatına qarşı keçirilir. Bu günü “qara cümə axşamı” da adlandırırlar. 

Son xəbərlər

Orphus sistemi