Yuxarı

​Parisdə naməlum şəxs polisi öldürərək bir neçə nəfəri girov götürüb

Qatil öldürülən polisin evində gizlənib

Bakı. 14 iyun. REPORT.AZ/ Paris ətrafında naməlum şəxs polis əməkdaşını onun evi qarşısında bıçaqla öldürərək içəri daxil olub və orada bir neçə nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Frans Press" məlumat yayıb.

Hadisə Parisin şimal-qərbində yerləşən Mananviledə baş verib. Cani qətli törətdikdən sonra evə daxil olaraq mərhumun həyat yoldaşını və oğlunu girov götürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi