Yuxarı
    Bağlamaq

    Parisdə dövlət bayraqları endiriləcək

    Paris meri: Bu faciənin dərinliyi bizdə 13 noyabr terrorunun dəhşətli xatirələrini canlandırır

    Bakı. 15 iyul. REPORT.AZ/Fransa paytaxtı Parisdə Nitsada törədilmiş hadisə ilə əlaqədar olaraq dövlət bayraqları endiriləcək.

    "Report" "Le Monde"yə istinadən xəbər verir ki, Paris meri Ann İdalqo paytaxtda bayraqların bu gün səhər aşağı salınacağını bildirib.

    İdalqo faciənin bu və ya digər dərəcədə toxunduğu insanların acılarını bölüşdüyünü də vurğulayıb.

    "Hələlik hücum edənin motivləri barədə danışmaq tezdir. Amma bu faciənin dərinliyi bizdə 13 noyabr terrorunun dəhşətli xatirələrini canlandırır", - deyə xanım şəhər başçısı qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi