Fransanın paytaxtı Paris şəhərində yerləşən məscidlərin birinə silahlı hücum edilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, dəbilqə geymiş şübhəli şəxs məscidin həyətinə daxil olaraq oradakı şəxslərə atəş açıb. Nəticədə azı bir nəfər yaralanıb.
Silahlı basqın edən şəxs barədə məlumat verilməyib.
Qeyd edilib ki, atəş açan şəxs hadisə yerindən skuter vasitəsi ilə uzaqlaşıb. Hal-hazırda şübhəli şəxs axtarışdadır.