Parisdə leysan yağışlar nəticəsində metro və küçələri su basıb - VİDEO

Parisdə leysan yağışlar nəticəsində metro və küçələri su basıb - VİDEO Qatarlar Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət edib
Digər ölkələr
30 May , 2018 14:19
Parisdə leysan yağışlar nəticəsində metro və küçələri su basıb - VİDEO

Bakı. 30 may. REPORT.AZ/ Parisdə leysan yağışlara görə küçələri və bir neçə metro stansiyasını su basıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yerli KİV qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət etdiyini yazıb. Bundan baqşa, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb.

Əlverişsiz hava şəraiti səbəbi ilə yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi