Parisdə koronavirus şübhəsinə görə polis komissarlığı bağlandı

Parisdə koronavirus şübhəsinə görə polis komissarlığı bağlandı Parisdə sanitariya orqanları koronavirusun yayılması təhlükəsi səbəbi ilə Fransa paytaxtının 13-cü dairəsinin polis komissarlığında təcili karantin elan ediblər.
Digər ölkələr
24 Fevral , 2020 17:03
Parisdə koronavirus şübhəsinə görə polis komissarlığı bağlandı

Parisdə sanitariya orqanları koronavirusun yayılması təhlükəsi səbəbi ilə Fransa paytaxtının 13-cü dairəsinin polis komissarlığında təcili karantin elan ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu tədbirlər üç Çin vətəndaşının bazar ertəsi polis şöbəsinə oğurluq barədə ərizə yazmaq üçün gəlməsindən sonra həyata keçirilib.

BFMTV telekanalının məlumatına görə, müraciət edənlərdən biri özünü pis hiss edib, hadisə yerinə gələn təcili yardım əməkdaşları koronavirusa mümkün yoluxmanın müəyyənləşdirilməsi üçün təhlillər aparırlar.

Həkimlərin qərarını gözləyən komissarlıq təcrid olunub, binaya giriş-çıxış qadağan edilib.

Qeyd olunur ki, bu, Parisdə koronavirusun yayılması ilə əlaqədar təcili karantin elan olunan ilk haldır.

Son xəbərlər

Orphus sistemi