Yuxarı
    Bağlamaq

    ​Parisdə keçirilən konfransın yekun sənədinin qəbulu təxirə salınıb

    Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

    Bakı. 11 dekabr. REPORT.AZ/ Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransının yekun sənədinin qəbul edilməsi bir günlüyə təxirə salıb.

    "Report" xəbər verir ki, bu haqda "Euronews" məlumat yayıb.

    Xəbərdə bildirilib ki, yekun sənədin dekabrın 12-də qəbul ediləcəyi gözlənilir. Məlumata görə, ötən gün razılaşma sənədi ilə bağlı bir çox mübahisəli məqamlar müzakirə edilərək, aradan qaldırılıb. Onun həcmi 43 səhifədən 27 səhifəyədək ixtisar edilib, mübahisəli məsələlərin sayı 900-dən 50-dək azalıb.

    Dekabrın 12-dək mübahisəli məsələlərin müzakirə edilərək, başa çatdırılacağı nəzərdə tutulub.

    İnformasiyaya əsasən, konfrans iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.

    Xatırladaq ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı "COP 21" konfransı noyabrın 30-da başlayıb, tədbirin dekabrın 11-də başa çatması nəzərdə tutulmuşdu. Ancaq toplantı iştirakçılarının yekun sənədi razılaşdırıb, qəbul edə bilməmələri səbəbindən konfransın keçirilmə müddəti bir gün də uzadılıb.

    Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi