Parisdə güclü partlayış və yanğın olub, xəsarət alanlar var - VİDEO - FOTO

Parisdə güclü partlayış və yanğın olub, xəsarət alanlar var - VİDEO - FOTO Fransanın paytaxtı Parisdə güclü yanğınla nəticələnən partlayış olub.
Digər ölkələr
7 Aprel , 2019 03:29
Parisdə güclü partlayış və yanğın olub, xəsarət alanlar var - VİDEO - FOTO

Fransanın paytaxtı Parisdə güclü yanğınla nəticələnən partlayış olub.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə 19-cu dairə ərazisindəki binalardan birində qeydə alınıb. Hadisə zamanı ilk öncə partlayışın baş verdiyi qeyd edilir. Bildirilir ki, hadisə zamanı br neçə nəfər xəsarət alıb. Yaralıların sayı açıqlanmır. 

Hadisə ilə əlaqədar əraziyə elektrik enerjisinin təchizatı dayandırılıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi