Yuxarı

​Parisdə etiraz yürüşündə 78 polis yaralanıb, 214 aksiya iştirakçısı saxlanıb

Fransa Baş Əmək Konfederasiyası aksiyalarda 500 mindən çox insanın iştirak etdiyini bildirib

Bakı. 29 aprel. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə əmək qanunvericiliyində islahata qarşı keçirilən etiraz yürüşündə 78 polis yaralanıb, 214 nümayiş iştirakçısı saxlanıb.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl 24 polisin yaralandığı, 124 aksiya iştirakçısının saxlanıldığı barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Parislə yanaşı, ölkənin Marsel, Nant, Qavr və başqa şəhərlərində də etiraz yürüşü keçirilib. Hakimiyyət aksiyada 170 min nəfər, Fransa Baş Əmək Konfederasiyası (CGT) isə aksiyalarda 500 mindən çox insanın iştirak etdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi