Parisdə əməliyyat başa çatıb, 7 şübhəli saxlanılıb, 2 terrorçu öldürülüb

Parisdə əməliyyat başa çatıb, 7 şübhəli saxlanılıb, 2 terrorçu öldürülüb Hazırda rayon polis nəzarəti altındadır
Digər ölkələr
18 Noyabr , 2015 17:56
Parisdə əməliyyat başa çatıb, 7 şübhəli saxlanılıb, 2 terrorçu öldürülüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərinin ətrafında yerləşən Sen Denidə polis tərəfindən aparılan antiterror əməliyyatı başa çatıb. Polis artıq rayonun təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər həyata keçirir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol əməliyyatların bitdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün səhər xususi təyinatlı polis dəstəsi noyabrın 13-də törədilmiş terror aktında iştirak etdiyi güman edilən terrorçuların axtarışı məqsədilə Sen Denidə əməliyyata başlamışdı. Əməliyyat terror hücumunu təşkil etməsi ehtimal olunan Abdelhəmid Abaudun ələ keçirilməsinə istiqamətlənmişdi.

İlkin məlumatlara görə, 7 şübhəli şəxs saxlanılıb, 2 terrorçu öldürülüb. Onların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Eyni zamanda, əməliyyat zamanı 5 polis işçisi də yaralanıb.

Son xəbərlər

Orphus sistemi