Yuxarı
    Bağlamaq

    Parisdə əlverişsiz hava səbəbindən Eyfel qülləsi bağlanıb

    Fransada 200 min ev qasırğa səbəbiylə elektrik enerjisiz qalıb

    Bakı. 3 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisin əsas rəmzlərindən olan Eyfel qülləsi "Eleanor" qasırğasının səbəb olduğu güclü külək ilə əlaqədar ziyarətçilər üçün müvəqqəti bağlanıb.

    Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

    Fransa meteoroloji xidmətinin məlumatına görə, bəzi yerlərdə sürəti saatda 140 kilometrə çatan güclü külək səbəbindən ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub.

    Fransa Fövqəladə Hallar Xidmətindən AFP-yə verilən məlumata əsasən, qasırğa nəticəsində bəzi departamentlərdə 9 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

    Daha əvvəl "Enedis" milli elektrik təchizatı şirkətindən Fransada 200 min evin qasırğa səbəbiylə elektrik enerjisiz qaldığı bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi