Yuxarı
    Bağlamaq

    Parisdə "Çaqqal Karlos"un məhkəməsi başlayır

    Hakimlər onun 1974-cü ildə Parisdə Draqstor ticarət qalereyasındakı aptekdə törətdiyi terror aktını nəzərədən keçirəcək

    Bakı. 13 mart. REPORT.AZ/ "Çaqqal Karlos" ləqəbi ilən tanınan İlyiç Ramires Sançes bu gün Parisdə məhkəmə qarşısına çıxacaq.

    "Report" "Vesti"yə istinadən xəbər verir ki, proses martın 13-də başlayacaq və ən azı üç həftə davam edəcək.

    Qeyd edək ki, o, iki polis əməkdaşını və livanlı inqilabçını qətlə yetirdiyinə görə artıq ömürlük həbs cəzası çəkir. İndi isə hakimlər onun 1974-cü ildə Parisdə "Draqstor" ticarət qalereyasındakı aptekdə törətdiyi terror aktını nəzərədən keçirəcəklər. O zaman terror aktı zamanı 2 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

    Xatırladaq ki, Çaqqal Karlos ən qəddar siyasi terrorçuların biri sayılır. O və əlbir olduğu beş nəfər 1975-ci ildə OPEC-in Vyanadakı qərargahına soxularaq 80-dən çox insanı, o cümlədən 11 ölkənin nazirini girov götürüb. Avstriya hökuməti güzəştə gedərək onun Əlcəzairə qaçmasına imkan yaradıb. Sançes uzun müddət müxtəlif ölkələrdə gizlənməyi bacarıb. O, ötən əsrin 90-cı illərində Sudanda məskunlaşıb, lakin 1994-cü ildə rəsmi Xartum Çaqqal Karlosu Parisə təhil verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi