​Parisdə bomba səbəbindən 8 min insan təxliyə edilib

​Parisdə bomba səbəbindən 8 min insan təxliyə edilib Aviasiya bombaları dəmir yolu işləri zamanı aşkar olunub
Digər ölkələr
6 Sentyabr , 2015 12:09
​Parisdə bomba səbəbindən 8 min insan təxliyə edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün səhər Parisin Sena-Sen-Deni departamentində II Dünya müharibəsi illərindən qalma üç aviabombanın zərərsizləşdirilməsi üzrə əməliyyata start verilib.

"Report" xəbər verir ki, bu barədə departamentin perfekturası məlumat yayıb.

Bombalar əhalinin sıx məskunlaşdığı Nuazi-le-Sek və Bobini şəhərləri yaxınlığındakı ərazidə aparılan dəmir yolu işləri zamanı aşkar edilib. Bu təqribən 8 min insanın müvəqqəti olaraq təxliyəsini tələb edib. Əməliyyata 300-dən çox polis cəlb olunub.

Son xəbərlər

Orphus sistemi