Bakı. 28 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə 5 liseyin şagirdi binalara bomba qoyulması təhlükəsinə görə təxliyə edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Paris Akademiyası məlumat yayıb.
Məlumata görə, boşaldılan məktəblərdə polis axtarış-əməliyyat tədbiri həyata keçirir.