Parisdə bıçaqlı şəxs bir neçə nəfərə hücum edib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Parisdə bıçaqlı şəxs bir neçə nəfərə hücum edib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO Hadisə zamanı 8 nəfər yaralanıb
Digər ölkələr
13 May , 2018 00:31
Parisdə bıçaqlı şəxs bir neçə nəfərə hücum edib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ Fransada bıçaqla silahlanan naməlum şəxsin bir neçə nəfərə hücum etməsi nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Parisdə, ikinci dairədə, Monsini küçəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları cinayətkara atəş açaraq onu öldürüblər.


***00:11

Fransada bıçaqla silahlanan naməlum şəxs bir neçə nəfərə hücum edib.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Parisin ikinci dairəsində baş verib. Hücum zamanı 2 nəfər ağır yaralanıb.

"RTL" radiostansiyası isə hücum zamanı 4 nəfərin xəsarət aldığını bildirib. Təfərrüatlar açıqlanmır.

Son xəbərlər

Orphus sistemi