​Parisdə atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb - FOTO - VİDEO - YENİLƏNİB

​Parisdə atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb - FOTO - VİDEO - YENİLƏNİB Onlardan 112 nəfəri xüsusi təyinatlılar tərəfindən azad edilən "Bataklan" konsert zalında ölüb
Digər ölkələr
14 Noyabr , 2015 06:58
​Parisdə atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, hücumların qurbanı 153 nəfər olub. Onlardan 112 nəfəri xüsusi təyinatlılar tərəfindən azad edilən "Bataklan" konsert zalında ölüb.

04:45

Cümə günü Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın BFM TV və RTL telekanalları məlumat yayıb.

Məlumata görə, onlardan 100 nəfəri "Bataklan" konsert zalında olub. Bu informasiyanı yerli polis də təsdiq edir. Təqribən 40 nəfər digər yerlərdə ölüblər: stadion və şəhər restoranlarından birinin yaxınlığında.

02:10

Cümə günü Parisdə baş verən atışma və partlayışlar nəticəsində ən azı 60 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Paris polisi məlumat yayıb.

Bundan əvvəl BFM TV telekanalı ölənlərin 60 nəfər olduğunu bildirib.

Məlumata görə, cümə günü axşam saatlarında Fransa paytaxtının ən azı altı məhəlləsində naməlum şəxslər avtomat silahlardan insanlara atəş açıblar.

Hadisələrin baş verdiyi bütün ərazilər demək olar ki, Parisin sağ sahilində yerləşir: "Bataklan" konsert zalı, Kamboca restoranı, Respublika və Bastiliya meydanları arasında yerləşən bir neçə küçə.

Fransa prezidenti Fransua Olland baş verənlərdən sonra Yelisey sarayında nazirlərin təcili iclasını çağırıb.

BFM TV telekanalı partlayışların Fransa və Almaniya futbol millilərinin yoldaşlıq oyununun keçirildiyi "Stade de France" yaxınlığında baş verdiyini xəbər verib. Məlumata görə, Fransa prezidenti də həmin zaman stadionda olub.

"France Info" radiostansiyasının məlumatına görə, cümə günü Parisdə törədilən silsilə terror aktları nəticəsində yaralananlardan 60 nəfəri ağır vəziyyətdədir.

Hazırda bütün ölkədə ərazisində fövqəladə vəziyyət elan olunub.

"Associated Press"in məlumatına görə, naməlum şəxslər Parisin "Bataklan" konsert zalında ən azı 100 nəfəri girov götürüblər. Agentlik öz mənbələrinə istinadən xəbər verir ki, silsilə terror aktları nəticəsində ölənlərin sayı 35-dən 40 nəfərə çatıb.

Fransa telekanalları xəbər verirlər ki, hazırda konsert zalının yerləşdiyi ərazidə girovların azad edilməsi istiqamətində əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi