Yuxarı
    Bağlamaq

    Parisdəki atışma nəticəsində iki nəfər öldürülüb - YENİLƏNİB

    İlkin ehtimala görə, xüsusi əməliyyat zamanı öldürülənlərdən biri Parisdəki terror aktları zamanı üstündə partlayıcı kəmər olan qadındır

    Bakı. 18 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şəhər ətrafı Sen-Deni rayonunda hüququ-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində iki nəfər öldürülüb. 

    "Report" "Le Monde"yə istinadən xəbər verir ki, öldürülənlərin noyabrın 13-də Parisdə törədilən terror aktlarında iştirak etdiyi ehtimal olunur. Xəbərdə bildirilib ki, ilkin ehtimala görə, xüsusi əməliyyat zamanı öldürülənlərdən biri məlum hadisə zamanı üstündə partlayıcı kəmər olan qadındır.

    *** 09:57

    Fransanın paytaxtı Parisin şimalında şəhər ətrafı Sen-Deni rayonunda bir neçə yüz polis əməkdaşının keçirdiyi antiterror əməliyyatı zamanı atışma baş verib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, polis bu gün səhər saatlarında noyabrın 13-də Parisdəki terror aktlarını törətməkdə şübhəli bilinənlərin gizləndiyi ehtimal olunan bir mənzili mühasirəyə alaraq, əməliyyat-axtarış tədbiri həyata keçirib. Əməliyyat zamanı atışma baş verib. Bir neçə polis yaralanıb.

    Xəbərə görə, polis həmin binada hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri tutub, daha iki nəfər isə hələ də mənzildə gizlənir. Asayiş keşikçiləri yerli əhalini küçəyə çıxmamağa çağırıblar.

    Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdır.

    Xatırladaq ki, terrorun məsuliyyətini İŞİD terrorçu qruplaşma üzərinə götürüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi