​Paris terrorunda şübhəli bilinən iki nəfər İnterpolun siyahısına düşüb

​Paris terrorunda şübhəli bilinən iki nəfər İnterpolun siyahısına düşüb Söhbət Saleh Əbdislam və onun silahdaşı Məhəmməd Abrinidən gedir
Digər ölkələr
26 Noyabr , 2015 05:16
​Paris terrorunda şübhəli bilinən iki nəfər İnterpolun siyahısına düşüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Parisdə törədilən silsilə terror aktlarında şübhəli bilinən iki nəfər İnterpolun siyahısına düşüb. Söhbət işin əsas fiqurantı Saleh Əbdislam və onunla şosedə görünən Məhəmməd Abrinidən gedir.

"Report" xəbər verir ki, İnterpolun saytında yazıldığına görə, Fransanın sorğusu ilə onların haqqında "qırmızı order" verilib.

Onların hər ikisi Belçika əsillidir. Hər iki şəxs terror birliyi, partlayıcı maddələrə sahib olma və onları daşımada və silah satışında ittiham olunur.

Noyabrın 13-də Parisdə baş verən məlum hadisələr zamanı 130 nəfər ölüb, 350-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi