Paris təhlükəli bölgə elan edildi

Paris təhlükəli bölgə elan edildi Fransa hökuməti koronavirus çox yayıldığına görə paytaxt Paris və ətraf ərazilərini təhlükəli bölgə elan edib.
Digər ölkələr
5 Oktyabr , 2020 04:03
Paris təhlükəli bölgə elan edildi

Fransa hökuməti koronavirus çox yayıldığına görə paytaxt Paris və ətraf ərazilərini təhlükəli bölgə elan edib.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi hökumətə istinadən məlumat yayıb.

Bu ərazilərdə hansı təhlükəsizlik tədbirlərin görüləcəyi isə bu gün açıqlanacaq. Qeyd olunub ki, məhdudiyyətlər 15 gün davam edəcək.

Bununla belə, restoranlar ancaq sanitariya tələblərinə əməl edəcəyi təqdirdə fəaliyyət göstərə biləcək. Eyni zamanda, ali təhsil müəssisələri yalnız 50% tələbə qəbul edəcək.

Qeyd edək ki, ötən gün Fransada koronavirus (COVID-19) infeksiyasına 12 565 yeni yoluxma faktı qeydə alınıb.

İngilis versiyası Paris passes into 'red zone'

Son xəbərlər

Orphus sistemi