Paraqvay prezidenti istefaya gedib

Paraqvay prezidenti istefaya gedib Bakı. 28 may. REPORT.AZ/ Paraqvay prezidenti Orasio Kartes senator olmaq üçün Milli Konqresin rəhbərinə istefası ilə bağlı müraciət edib.
Digər ölkələr
28 May , 2018 20:42
Paraqvay prezidenti istefaya gedib

Bakı. 28 may. REPORT.AZ/ Paraqvay prezidenti Orasio Kartes senator olmaq üçün Milli Konqresin rəhbərinə istefası ilə bağlı müraciət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib.

"Paraqvay respublikasının prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm", - deyə o bildirib. Kartes əlavə edib ki, səsvermə vaxtı xalqın ifadə etdiyi iradəsini yerinə yetirərək ölkə senatında xidmətini davam etdirəcək.

"Allah Paraqvayı qorusun"- , deyə o "Twitterdə"ki mikrobloqunda əlavə edib.

Kartes 2013-cü ilin avqustunda Paraqvayda hakimiyyətə gəlib. 

Son xəbərlər

Orphus sistemi