Paraqvay prezidenti ikinci müddətə namizədlikdən imtina edib

Paraqvay prezidenti ikinci müddətə namizədlikdən imtina edib Orasio Kartes bunu ölkə arxiyepiskopuna məktubunda deyib
Digər ölkələr
923
17 Aprel , 2017 23:46
Paraqvay prezidenti ikinci müddətə namizədlikdən imtina edib

Bakı. 17 aprel. REPORT.AZ/ Paraqvay prezidenti Orasio Kartes 2018-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə arxiyepiskop Asunsyon Edmundo Valensueleyə ünvanladığı məktubda bildirib.

O öz "Twitter" hesabında paylaşdığı məktubunda 2018-ci ildən 2023-ci ilədək olan müddətdə respublikasının prezidenti vəzifəsinə heç bir şəraitdə namizədliyini irəli sürməmək barədə qərar qəbul etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi