Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib Mümkün dağıntı və tələfat barədə məlum yoxdur
Digər ölkələr
4 Mart , 2018 19:16
Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib

Bakı. 4 mart. REPORT.AZ/ Papua-Yeni Qvineyada bir həftə əvvəl 30 nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra bazar günü 6 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeni yeraltı təkanlar Bakı vaxtı ilə 18:34-də qeydə alınıb. Zəlzələnin episentri Porqer şəhərindən 83 km cənub-qərbdə yerləşib. Onun ocağı yerin 16 km dərinliyində olub.

Mümkün dağıntı və tələfat barədə məlum yoxdur. 

Son xəbərlər

Orphus sistemi