Bakı. 6 mart. REPORT.AZ/ Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 6,5 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 55 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barəsində məlumat verilmir.