Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib Bu gün Sakit okeanda Papua-Yeni Qvineya sahillərində 8 bal gücündə zəlzələ qeydə alınıb
Digər ölkələr
17 Dekabr , 2016 16:19
Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Sakit okeanda Papua-Yeni Qvineya sahillərində 8 bal gücündə zəlzələ baş verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 14:51-də Yeni İrlandiya adası sahillərində, Taron şəhərindən 63 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 73 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Son xəbərlər

Orphus sistemi