Yuxarı
    Bağlamaq

    Roma ​Papası Ukraynaya səfər edəcək

    Almaniyanın kansleri Angela Merkel Roma papası ilə görüşdə bu ölkədəki vəziyyəti müzakirə edib

    Bakı. 23 fevral. REPORT.AZ/ Roma Papası Frantsisk Ukraynaya səfər etməyə razılıq verib.

    "Report" "unn.ua"ya istinadən xəbər verir ki, onu Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinə dəvət edib.

    "Mən bir neçə gün öncə Vatikandan qayıtmışam. Orada Papa Frantsisklə görüşmüşəm. Ona prezident Pyotr Poroşenkonun dəvətini təqdim etmişəm. Papa bizə dedi ki, Ukraynaya gələcək",- bunu Ukrayna Təhlükəsizlik Xidməti yanında girovların azad edilməsi Mərkəzinin təmsilçisi Yuri Tandit söyləyib.

    Mənbənin məlumatına görə, bu günlərdə Almaniyanın kansleri Angela Merkel Roma papası ilə görüşdə Ukraynadakı vəziyyəti müzakirə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi