Pandemiya səbəbindən itirilən iş vaxtı bəlli oldu

Pandemiya səbəbindən itirilən iş vaxtı bəlli oldu 2020-ci ildə dünyada koronavirus pandemiyası üzündən iş vaxtının 8,8 faizi itirilib.
Digər ölkələr
25 Yanvar , 2021 18:25
Pandemiya səbəbindən itirilən iş vaxtı bəlli oldu

2020-ci ildə dünyada koronavirus pandemiyası üzündən iş vaxtının 8,8 faizi itirilib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir.

255 milyon iş yerinin ixtisarına bərabər olan bu göstərici 2009-cu il dünya maliyyə böhranı zamanı yaşanan itkiləri dördqat üstələyir. Nəticədə dünyada məcmu əmək gəlirləri 8,3 faiz, yəni 3,7 trilyon ABŞ dolları azalıb ki, bu da dünya ÜDM-inin 4,4 faizi deməkdir.

Hesabata görə, pandemiya nəticəsində dünyada kişilərin 3,9 faizi, qadınların 5 faizi iş yerini itirib. Həmçinin 15-24 yaş arasına aid gənclər arasında işsizlik 8,7 faiz təşkil edib, halbuki yetkin yaşdakı şəxslərə dair bu göstərici 3,7 faizdir.

Pandemiya nəticəsində mehmanxana biznesi və iaşə sektorunda məşğulluq səviyyəsi orta hesabla 20 faizdən çox azalıb. Eyni zamanda ötən ilin ikinci və üçüncü rübündə İKT, maliyyə, sığorta sahələrində məşğulluq artımı qeydə alınıb.

Bədbin varianta görə, 2021-ci ildə dünyada iş saatlarının 2019-cu ilin dördüncü rübünə nisbətən 4,6 faiz, orta variantda 3 faiz, nikbin variantda isə 1,3 faiz azalacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi