Pandemiya ilə bağlı son vəziyyət

Pandemiya ilə bağlı son vəziyyət Son sutkada dünyada koronavirusa 226 mindən çox yoluxma qeydə alınıb.
Digər ölkələr
28 İyul , 2020 22:39
Pandemiya ilə bağlı son vəziyyət

Son sutkada dünyada koronavirusa 226 mindən çox yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son 24 saatda dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a 226 783 yoluxma aşkarlanıb. Bununla yanaşı, daha 4 153 nəfər təhlükəli infeksiyadan ölüb.

ÜST bildirib ki, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 16,3 milyonu ötüb. Eyni zamanda infeksiyadan 650 mindən çox ölüm qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi