Sudan vətəndaşı koronavirusdan öldü - YENİLƏNİB

Sudan vətəndaşı koronavirusdan öldü - YENİLƏNİB Sudanda koronavirusdan ilk ölüm qeydə alındı.
Digər ölkələr
13 Mart , 2020 19:06
Sudan vətəndaşı koronavirusdan öldü - YENİLƏNİB

Sudanda koronavirusdan ilk ölüm qeydə alındı. 

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn 50 yaşlı şəxs koronavirus pandemiyasından ölüb. 


*** 17:08

Afrikanın daha iki ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiya və Sudanda koronavirus aşkarlanıb.

Məlumata görə, hər iki ölkədə bir nəfərdə virus daşıyıcısı müəyyənləşib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 937-yə çatıb. Bunların 70 726 nəfəri sağalıb, 5 111 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi