Bakı. 22 dekabr. REPORT.AZ/ Panamanın Ali Məhkəməsi keçmiş prezident Rikardo Martinellinin həbsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Martinelli 2009-2014-cü illərdə ölkənin prezidenti olub. Onun bir neçə korrupsiya əməlində əli olduğu bildirilir. Xəbərdə bildirilib ki, Martinelli ətrafındakı 150-dən çox insana dövlət büdcəsindən qeyri-qanuni pul ayıraraq onları nəzarəti altında saxlayırmış.
Martinelli milyaderdir, o, "Super99" supermarketlər şəbəkəsinin də sahibidir.
Martinelli bu ilin yanvarında Panamanı tərk edib. Hazırda onun Mayamidə olduğu ehtimal edilir.