Panamada zəlzələ zamanı 5 nəfər xəsarət alıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Mülki Müdafiə üzrə Milli Sistemi bildirib.
Qeyd edilir ki, xəsarət alanlar arasında yeddi və səkkiz yaşlı iki uşaq da var. Təbii hadisə zamanı heç kim həlak olmayıb.
Təbii hadisə dörd tikintiyə zərər vurub.
Xatırladaq, yeraltı təkanların maqnitudası 6,3 bal təşkil edib. Zəlzələnin episentr Çiriki əyalətində, Puerto-Armueles şəhərindən 22 kilometr məsafədə yerləşib.