Panamada 5,5 bal gücündə zəlzələ olub

Panamada 5,5 bal gücündə zəlzələ olub Ölkə paytaxtının sakinləri yaşayış binalarını, işçilər ofisləri tərk ediblər
Digər ölkələr
21 Fevral , 2017 01:17
Panamada 5,5 bal gücündə zəlzələ olub

Bakı. 21 fevral. REPORT.AZ/ Panamada güclü zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Panama Universitetinin Torpaq Tədqiqatı İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, zəlzələ 5,5 bal gücündə olub. Yeraltı təkanların episentri Panama körfəzində qeydə alınıb.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir. "La Estrella de Panama" portalının məlumatına görə, zəlzələ ilə əlaqədar yerli metronun xəbərdarlıq siqnalı işə salınıb. Bunun nəticəsində sərnişinlər təcili təxliyə ediliblər.

Eyni zamanda ölkə paytaxtının sakinləri yaşayış binalarını, işçilər ofisləri tərk ediblər.  

Son xəbərlər

Orphus sistemi