Yuxarı
    Bağlamaq

    "Yarmuk" düşərgəsində keçiriləcək hərhansı əməliyyat "hərbi cinayət" hesab olunacaq

    BMT-nin baş katibi Suriyada Fələstinli qaçgınların yaşadığı düşərgədə davam edən döyüşlərə münasibət bildirib

    Bakı. 10 aprel. REPORT.AZ/ BMT-nin baş katibi Pan Qi Mun bəyan edib ki, əyər terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri Suriya paytaxtı Dəməşq yaxınlığında yerləşən "Yarmuk" qaçqın düşərgəsi istiqamətində hərhansı geniş miqyaslı hücum həyata keçirərsə, bu "hərbi cinayət" hesab olunacaq və "cavabdehlər ədalət qarşısında cavab verməli olacaq".

    Onun sözlərinə görə, aralarında 3 500 uşağın da olduğu düşərgə sakinləri, terrorçular tərəfindən "canlı qalxan" kimi istifadə olunur.

    Fələstinli qaçgınların yaşadığı "Yarmuk" düşərgəsi terorçular üçün böyük strateji önəm kəsb edir. Belə ki, qəsəbə ilə Suriya paytaxtını təqribən 8 kilometr məsafə ayırır.

    Hazırda düşərgənin böyük bir hissəsi "İslam Dövləti"nin nəzarəti altındadır və orada döyüşlər davam edir.

    Qeyd edək ki, Suriyada müharibə başlamazdan əvvəl "Yarmuk" qaçqın şəhərciyində 160 mindən çox insan yaşayıb. 2013-cü ildə Bəşər Əsədə sadiq hökümət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərlə əlaqədar "Yarmuk" mühasirəyə düşüb. Nəticədə ətrafdan təcrid olan sakinlər ərzaqsız və dərmansız qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi