Pan Gi Mun: "Fransada terror aktları törədən şəxslərin dini mənsubiyyəti yoxdur"

Pan Gi Mun: "Fransada terror aktları törədən şəxslərin dini mənsubiyyəti yoxdur" Pan Gi Mun Fransanın BMT-dəki missiyasına başsağlığı verib
Digər ölkələr
10 Yanvar , 2015 06:40
Pan Gi Mun: Fransada terror aktları törədən şəxslərin dini mənsubiyyəti yoxdur

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransada terrorçuların məhv edilməsi xəbəri BMT-nin baş katibi Pan Gi Munun "rahat nəfəs almasına" səbəb olub.

"Report"un “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla belə Pan Gi Mun bildirib ki, qatillərin və cinayətkarların dini mənsubiyyəti olmur.

Onun fikrincə, Parisdə "əsl terror aktı" həyata keçirilib, ancaq qanlı hadisələrin əsl səbəbi dinlə bağlı deyil.

"Cinayətkarlar insanlıq naminə məhkəmə qarşısına çıxarılmalıdır", - deyən baş katib, insanları dini dözümlülük nümayiş etdirməyə və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaya çağırıb.

Pan Gi Mun həmçinin Fransanın BMT-dəki missiyasına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi