Pan Qi Mun: BMT Ukraynada sülh və təhlükəsizliyi təmin etmək üçün səylərini əsirgəməyəcək

Pan Qi Mun: BMT Ukraynada sülh və təhlükəsizliyi təmin etmək üçün səylərini əsirgəməyəcək BMT baş katibi Kiyevdə səfərdədir
Digər ölkələr
8 May , 2015 21:12
Pan Qi Mun: BMT Ukraynada sülh və təhlükəsizliyi təmin etmək üçün səylərini əsirgəməyəcək

Bakı. 8 May. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Qi Mun Ukraynada sülh və təhlükəsizliyi təmin etmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kiyevdə keçirdiyi görüşlədən sonra Pan Qi Mun bəyan edib ki, Ukrayna xalqı ilə həmrəydir, Donbas regionunda yaşanan münaqişə isə birmənalı olaraq sülh yolu ilə həll olunmalıdır.

"Ukrayna BMT-nin təsisçilərindən birisidir və son 24 il ərzində öz sülhməramlı qüvvələrini dünyanın bir çox regionuna göndərib. Əyər belə bir dövlət BMT-dən kömək istəyirsə, əmin olun ki, biz Ukrayna hökümətinə və xalqına öz yardım əlimizi uzadacağıq ", - deyə BMT baş katibi vurğulayıb.

O, xatırladır ki, Ukraynanın şərqində baş verən döyüşlər nəticəsində yeddi minə yaxın insan həlak olub: "BMT Ukraynanın severenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi