Yuxarı

​Pan Gi Mun Ukraynanın şərqində bir il əvvəl "Boeing" təyyarəsi qəzasında həlak olanların xatirəsini anıb

BMT-nin baş katibi müqəssirlərin məsuliyyətə cəlb olunması üçün birgə səyləırin vacibliyindən danışıb

Bakı. 18 iyul. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun bir il əvvəl Ukraynanın şərqində "Boeing-777" təyyarəsinin qəzasında həyatını itirənlərin xatirəsini yad edib. Bu barədə "Report" BMT mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

BMT-nin baş katibi müqəssirlərin məsuliyyətə cəlb olunması üçün birgə səyləırin vacibliyindən danışıb.

Xatırladaq ki, 2014-cü ilin 17 iyul tarixində Donetsk vilayətində Amsterdamdan Kuala Lumpura uçuş həyata keçirən "Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Faciə nəticəsində 298 nəfər həyatını itirib.

BMT Baş katibi Təhlükəsizlik Şurasının qətnaməsi əsasında aparılan müstəqil beynəlxalq araşdirma nəticəsində əldə olunan tərəqqini yüksək dəyərləndirib. "Bu ildönümü Ukraynanın şərqində ağır vəziyyətin hələ də hökm sürdüyü, eləcə də bu münaqişəyə tezliklə son qoymaq üçün təcili tədbirlərin görülməsi barədə bir xatırlatmadır", - Pan Gi Munun bəyanatında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi