Yuxarı

Pan Gi Mun Antoniu Qutyerreşin BMT baş katibi vəzifəsinə namizədliyini alqışlayıb

Pan Gi Mun: Onu yaxşı tanıyıram və namizədliyinin əla seçim olduğunu düşünürəm

Bakı. 6 oktyabr. REPORT.AZ/ BMT Baş katibi vəzifəsindən ayrılmaqda olan Pan Gi Mun Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreşin təşkilatın yeni rəhbəri olmağa namizədliyini əla seçim kimi qiymətləndirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Pan Gi Mun bu gün Romada İtaliya Prezidenti Serco Mattarella ilə görüşdən sonra bildirib: "Qutyerreşi təbrik edirəm. Onu yaxşı tanıyıram və namizədliyinin əla seçim olduğunu düşünürəm."

Xatırladaq ki, ilkin səsvermənin altıncı mərhələsində BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü 2005-ci ildən 2015-ci ilə qədər BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı olan Antoniu Qutyerreşin namizədliyini dəstəkləyiblər, iki nəfər neytral mövqe nümayiş etdirib. Bu məsələ ilə bağlı rəsmi səsvermə oktyabrın 6-da Nyu-Yorkda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi