Pakistanda birja binasna hücumda ölənlərin sayı artıb - YENİLƏNİB

Pakistanda birja binasna hücumda ölənlərin sayı artıb - YENİLƏNİB Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Digər ölkələr
29 İyun , 2020 11:27
Pakistanda birja binasna hücumda ölənlərin sayı artıb - YENİLƏNİB

Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.

Həyatını itirənlərdən 4-ü gözətçi, 1-i polis əməkdaşıdır. 


*** 10:24

Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.

Polisdən bildirilib ki, binaya 4 nəfər hücum edib. Onlardan 3-ü öldürülüb, 1-i hazırda binadadır.

Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.

Yaralılardan biri polis zabiti, o biri isə binanın gözətçisidir.

Son xəbərlər

Orphus sistemi