Bakı. 30 aprel. REPORT.AZ/ Pakistan məhkəməsi dünyada ən gənc Nobel Sülh Mükafatı laureatı Malala Yusifzaiyə sui-qəsd edənlərə ömürlük həbs cəzası verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Pakistanın şimal-qərbində yerləşən Svat rayonunun Antiterror Məhkəməsi qərar çıxarıb.
Məlumatda qeyd olunub ki, 2012-ci il oktyabrında 15 yaşlı məktəbli Malala Yusifzaya qarşı sui-qəsddə on nəfər iştirak edib.
M.Yusifzainin 11 yaşı olanda internetdəki bloqunda "Gül makay" təxəllüsü ilə qızların oxumasını qadağan etdiyi üçün "Taliban" hərəkatına qarşı tənqidi yazılar yayıb. Elə bu fəaliyyətinə görə "Taliban" ona qarşı terror təşkil edib və məktəbli qız ağır yaralanıb. Sui-qəsddə iştirak edənlər 2014-cü ilin sentyabrında tutulublar.