Pakistanlı Nobel mükafatı laureatı Suriyalı qaçqınlar üçün məktəb açıb

Pakistanlı Nobel mükafatı laureatı Suriyalı qaçqınlar üçün məktəb açıb Məktəbdə 14 yaşından 18 yaşına qədər 200 qız təhsil alacaq
Digər ölkələr
12 İyul , 2015 21:06
Pakistanlı Nobel mükafatı laureatı Suriyalı qaçqınlar üçün məktəb açıb

Bakı. 12 iyul. REPORT.AZ/ Nobel Sülh mükafatının ən gənc laureatı olan Malala Yusifzai 18 yaşını bazar günü Livanda Suriyalı qaçqın qızlar üçün məktəb açaraq qeyd edib. O, dünya liderlərini "güllələr deyil, kitablara" investisiya etməyə çağırıb.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Malala qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə 2012-ci ildə Pakistanda Taliban tərəfindən məktəb avtobusunda güllə ilə vurulduqdan sonra müqavimət simvoluna çevrilib.

"Mən inanıram ki, Suriyalı qaçqınların səsləri eşidilməlidir və onlara uzun zamandır diqqət verilmir, buna görə Livanda olmaq qərarı verdim"-deyə Malala məktəbin bəzədiliş sinif otağında Röyter xəbər agentliyinə bildirib.

Təhsil layihələrinə dəstək verən Malala Fondu gəlirsiz təşkilatı Suriya sərhədində Bəkaa vadisindəki məktəbin xərclərini öz üzərinə götürüb. Məktəbdə 14 yaşından 18 yaşına qədər 200 qız təhsil alacaq.

"Həyatımın yetkin insan kimi ilk günü dünya uşaqları adından dünya liderlərindən güllələr deyil, kitablara investisiya etmələrini tələb edirəm"-deyə Malala çıxışında bildirib.

Livan Suriyada müharibəyə görə ölkədən qaçmış 4 milyon qaçqından 1,2 milyonu qəbul edib. Hazırda Livanda məktəb yaşında 500 mindən çox uşağın olduğu bildirilir. Onların yalnız beşdə bir hissəsi məktəbdə təhsil alır.

Qaçqınların icarəyə götürdüyü torpaqlarda qeyri-rəsmi məskunlaşmasına icazə verən Livan Suriyada münaqişəyə görə qaçan insanları bundan sonra qəbul edə bilməcəyini bildirib. Livanda yaşayan hər dörd insandan biri qaçqındır.

BMT bu ilin sonuna qədər Suriyadan qonşu ölkələrə pənah gətirən qaçqıların sayının 4,27 milyona çatacağını təxmin edir.

Son xəbərlər

Orphus sistemi