Pakistanlı nazir: “Pandemiyaya görə 250 milyondan çox insan aclıqla üzləşib”

Pakistanlı nazir: “Pandemiyaya görə 250 milyondan çox insan aclıqla üzləşib” “Koronavirus pandemiyasının təsirləri səbəbindən 250 milyondan çox insan aclıqla üzləşib. Odur ki, həssas ölkələrin infrastrukturunun dəstəklənməsinin vacibliyini anlamaq lazımdır”
Digər ölkələr
2 Mart , 2023 16:31
Pakistanlı nazir: “Pandemiyaya görə 250 milyondan çox insan aclıqla üzləşib”

“Koronavirus pandemiyasının təsirləri səbəbindən 250 milyondan çox insan aclıqla üzləşib. Odur ki, həssas ölkələrin infrastrukturunun dəstəklənməsinin vacibliyini anlamaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Qoşulmama Hərəkatı belə məsələlərin həllində mühüm rolu oynayır”, - o vurğulayıb.

Nazir Pakistanın Qoşulmama Hərəkatının məqsədlərinə sadiq olduğunu qeyd edib:

“Qoşulmama Hərəkatının səmərəli fəaliyyətinə göstərdiyi səylərə və sadiqliyinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi