Pakistanın yeni prezidenti seçilib - YENİLƏNİB

Pakistanın yeni prezidenti seçilib - YENİLƏNİB Bakı. 4 sentyabr. REPORT.AZ/ Hakim Ədalət Uğrunda Hərəkat Partiyasının (PTI) nümayəndəsi Arif Alvi Pakistanın 13-cü prezidenti seçilib.
Digər ölkələr
4 Sentyabr , 2018 16:28
Pakistanın yeni prezidenti seçilib - YENİLƏNİB

Bakı. 4 sentyabr. REPORT.AZ/ Hakim Ədalət Uğrunda Hərəkat Partiyasının (PTI) nümayəndəsi Arif Alvi Pakistanın 13-cü prezidenti seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Geo.tv" telekanalı məlumat verib.


***16:15

Pakistanda sayca 13-cü prezidenti seçkilərində səsvermə başa çatıb, Mərkəzi Seçki Komissiyası səslərin sayımı prosesinə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 10:00-dan 16:00-dək keçirilib. Seçkilərin nəticələrinin artıq bu axşam elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu il dövlət başçısı vəzifəsi uğrunda üç namizəd - ümumi seçkilərdə qalib gələn Ədalət Uğrunda Hərəkat Partiyasının (Təhrik e İnsaf) nümayəndəsi Arif Alvi, Pakistan Xalq Partiyasının nümayəndəsi Aitzaz Əhsan, həmçinin bir neçə müxalifət birliklərinin nümayəndəsi Maulana Fəzl-ur-Rəhman mübarizə aparır.

Əlavə edək ki, səsvermə Pakistan Federal Parlamentinin aşağı və yuxarı palatalarının (Milli Assambleya və Senat), eləcə də ölkənin dörd əyalətinin qanunverici məclisinin 1174 deputat və senatoru arasında keçirilir.

Son xəbərlər

Orphus sistemi