Pakistanın Şimali Vəziristan əyalətində 15 terrorçu məhv edilib

Pakistanın Şimali Vəziristan əyalətində 15 terrorçu məhv edilib Əməliyyatın gedişində terrorçuların dörd sığınacağı dağıdılıb
Digər ölkələr
27 Fevral , 2016 22:56
Pakistanın Şimali Vəziristan əyalətində 15 terrorçu məhv edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Pakistan mətbuatının yaydığı məlumata görə, ölkənin Hərbi Hava Qüvvələrinin Şimali Vəziristan əyalətinin Maysar rayonunda “Taliban” hərəkatının düşərgəsinə hava zərbələri endirməsi nəticəsində azı 15 terrorçu məhv edilib.

Əməliyyatın gedişində terrorçuların dörd sığınacağı dağıdılıb. Yaralananlar haqqında məlumat verilmir.

Pakistan ordusu Əfqanıstanla sərhəd rayonlarında antiterror əməliyyatlarına 2014-cü ildə “Taliban” hərəkatı üzvlərinin Kəraçi aeroportuna hücumundan sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi