Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin səhhəti pisləşib

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin səhhəti pisləşib 72 yaşlı Müşərrəfin özündən getməsi yüksək qan təzyiqi ilə bağlı olub
Digər ölkələr
12 Fevral , 2016 05:32
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin səhhəti pisləşib

Bakı. 12 fevral. REPORT.AZ/ Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin Kəraçi şəhərindəki evində halı pisləşərək özündən gedib və xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, 72 yaşlı Müşərrəfin özündən getməsi yüksək qan təzyiqi ilə bağlı olub. 2014-cü ildə isə Müşərrəf ürək tutması diaqnozu ilə Ravalpindi şəhərindəki xəstəxanada müalicə almışdı.

Xatırladırıq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.

Son xəbərlər

Orphus sistemi