​Pakistanın keçmiş prezidenti barədə həbs orderi ləğv edilib

​Pakistanın keçmiş prezidenti barədə həbs orderi ləğv edilib Ondan aprelin 27-də məhkəmə iclasında iştirak etməsinə dair iltizam alınıb
Digər ölkələr
8 Aprel , 2015 17:24
​Pakistanın keçmiş prezidenti barədə həbs orderi ləğv edilib

Bakı. 8 aprel. REPORT.AZ/ Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə dair order ləğv edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, İslamabadın Ali Məhkəməsi bu haqda qərar çıxarıb.

Xəbərə görə, ondan aprelin 27-də məhkəmə iclasında iştirak etməsi barədə iltizam alınıb. Məlumatda bildirilib ki, o bu iltizamı pozarsa, o zaman order yenidən qüvvəyə minəcək.

Xatırladaq ki, Pərviz Müşərrəf 2007-ci ildə qətlə yetirilmiş din xadimi Abdulla Raşid Qazinin qətli ilə bağlı keçirilən məhkəmə iclasına getmədiyi üçün barəsində həbs qərarı çıxarılmışdı. 

Son xəbərlər

Orphus sistemi