Yuxarı
    Bağlamaq

    Pakistanın keçmiş baş nazirinin kürəkəni hava limanında saxlanılıb

    Məhəmməd Səfdar həyat yoldaşı Məryəm Navazla birlikdə Londondan qayıtdığı İslamabad hava limanında saxlanılıb© Flickr / kash_if

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Pakistanın Milli Qeydiyyat və Nəzarət Bürosunun (NAB) əməkdaşları antikorrupsiya işi çərçivəsində ölkənin keçmiş baş naziri Navaz Şərifin kürəkəni Məhəmməd Səfdarı saxlayıblar.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, M.Səfdar həyat yoldaşı Məryəm Navazla birlikdə onu məhkəmə qarşısınıa çıxarmalı olan NAB-nin 6 əməkdaşının müşayiəti altında Londondan qayıtdığı İslamabad hava limanında saxlanılıb.

    Qeyd edək ki, məhkəmə korrupsiya işi üzrə dinləmələrə qatılmadığına görə M.Səfdarın tutulmasına dair order verib.

    Bununla yanaşı, Pakistan Müsəlman Liqası (N) Partiyasının tərəfdarlarının qarşıladığı M.Səfdarın həyat yoldaşı aeroportu sərbəst şəkildə tərk edib.

    Xatırladaq ki, M.Səfdara qarşı məhkəmə istintaqı keçmiş baş nazir, ailəsi və yaxınlarına qarşı başlanmış dörd ayrı məhkəmə çəkişməsi çərçivəsində sentybar ayından etibarən aparılır. Siyasətçinin ailəsinə qarşı cinayət işi daha əvvəl ibtidai istintaqın yekunuda N.Şərifi hakimiyyətdən uzaqlaşdıran Ali Məhkəmənin Komissiyasının qərarı ilə başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi