Pakistanın keçmiş baş naziri 10 il müddətinə azadlıqdan məhrum edilib

Pakistanın keçmiş baş naziri 10 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 6 iyul. REPORT.AZ/ Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
6 İyul , 2018 16:13
Pakistanın keçmiş baş naziri 10 il müddətinə azadlıqdan məhrum edilib
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib. 

Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

Xatırladaq ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.

Son xəbərlər

Orphus sistemi