Pakistanın Əfqanıstanla sərhədində baş vermiş atışmada 4 hərbi qulluqçu həlak olub

Pakistanın Əfqanıstanla sərhədində baş vermiş atışmada 4 hərbi qulluqçu həlak olub Hücuma görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb
Digər ölkələr
10 Avqust , 2017 02:08
Pakistanın Əfqanıstanla sərhədində baş vermiş atışmada 4 hərbi qulluqçu həlak olub
Courtesy İmage

Bakı. 10 avqust. REPORT.AZ/ Pakistanın Əfqanıstanla sərhədində terrorçularla baş vermiş atışmada 4 hərbi qulluqçu həlak olub.

"Report" un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, hücuma görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb. Pakistan hərbçilərinin açıqlamasına görə, hərbçilərə hücum edənlərdən biri özünü partladıb. İkinci şəxs isə hərbçilər tərəfindən güllələnib. 

Terrorçulardan biri diri ələ keçirilib. 

Son xəbərlər

Orphus sistemi