Pakistanda partlayış nəticəsində ölənlərin sayı artıb

Pakistanda partlayış nəticəsində ölənlərin sayı artıb Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki nəzarət -buraxılış məntəqəsinə bomba hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Digər ölkələr
189
5 Sentyabr , 2021 14:15
Pakistanda partlayış nəticəsində ölənlərin sayı artıb

Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Geo News" telekanalı məlumat verilib.

Telekanala görə, terror hücumu sərhəd gözətçi məntəqəsi yaxınlığında baş verib, ölənlərin hamısı sərhədçilərdir və yaralılar arasında iki mülki şəxs var.

Hadisə Bəlucistanın inzibati mərkəzi Quetta şəhərində baş verib.

Pakistanın Baş naziri İmran Xan tvitter səhifəsində qurbanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

11:12

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki nəzarət-buraxılış məntəqəsinə bomba hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Geo News" telekanalı Pakistan Daxili İşlər Nazirliyinin antiterror idarəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, naməlum şəxs motosikletlə nəzarət-buraxılış məntəqəsində polis maşınını vurub. Zərbə nəticəsində avtomobilə quraşdırılmış bomba partlayıb.

Telekanala görə, hadisə yerində xilasedicilər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları və minalardan təmizləmə mühəndisi işləyir.

Son xəbərlər

Orphus sistemi