Pakistanın Baş naziri Hindistan hakimiyyətinin müsəlmanlara təzyiqini pisləyib

Pakistanın Baş naziri Hindistan hakimiyyətinin müsəlmanlara təzyiqini pisləyib Pakistanın Baş naziri Şahbaz Şərif Hindistan hökumətini Məhəmməd Peyğəmbərin olunmasına etiraz edən müsəlmanlara göstərilən təzyiqə görə tənqid edib.
Digər ölkələr
13 İyun , 2022 22:53
Pakistanın Baş naziri Hindistan hakimiyyətinin müsəlmanlara təzyiqini pisləyib
Şahbaz Şərif

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistan hökumətini Məhəmməd Peyğəmbərin olunmasına etiraz edən müsəlmanlara göstərilən təzyiqə görə tənqid edib.

“Report” xəbər verir ki, Baş nazir bu barədə tviter səhifəsində yazıb. O, qeyd edib ki, Hindistan müsəlmanları qorxutmaq üçün repressiv və qəddar dövlət aparatından istifadə edir.

Onun sözlərinə görə, Hindistan hakimiyyəti müsəlmanları cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatından daha da sıxışdırmağı planlaşdırır.

Hindistanda ötən həftə Məhəmməd Peyğəmbərin ünvanına təhqirlərə görə vəziyyət gərginləşib.

Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanatx etirazlarda iştirak edən müsəlmanların evlərini "qanunsuz tikililər" adlandıraraq sökülməsini əmr edib. Bundan sonra 3 müsəlmanın evi buldozerlərlə sökülüb.

Uttar Pradeş ştatının müxtəlif ərazilərində keçirilən etiraz aksiyalarında iştirak edən 300-dən çox insan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi