Yuxarı

​Pakistanda zəvvarları aparan avtobus aşıb, 15 nəfər ölüb

Qəza nəticəsində daha 39 nəfər yaralanıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Pakistanın Pəncab vilayətinin şimal-şərqində yerləşən Pakpattan dairəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 15 nəfər ölüb, 39 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Doon" qəzeti öz saytında yazıb.

Avtobusdakı 54 sərnişinin hamısı zəvvar olub. İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıb və idarəetməni itirib. Nəticədə avtobus aşıb. Ölənlər arasında qadın və uşaqlar var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi